Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir"

0

  • ​ ​ Ay-ulduzlu üçrəngli bayrağıma baxıram​ qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var.Bayraq qürur duyduğumuz nişanədir - dövlətin varlığını sübut edir dünyada, milətimin imzasını təsdiqləyir imzalar içində. Harada üçrəngli bayraq dalğalanırsa ora mənim Vətənimdir.​ ​ ​​ ​ ​ ​ Bayraq mənliyimdir​,​ ​ ​ ​ Bayraq kimliyim​,​ ​ ​ ​ Bayraq - öz yurduma öz hakimliyim.​ ​​ ​ Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.​ ​ ​ 1991- ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.​ ​ Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng- müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng- islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir olunmuşdur. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 -dir.​ ​​ ​ 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb.​ ​ ​ "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.Bu bizim müstəqil dövlətimizin rəmzidir.Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin..." deyən ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş , Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli qanunu ilə Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.​ ​ ​​ ​ ​ Azərbaycan bayrağını müqəddəsləşdirən onun təkcə and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, sentyabr ayının 27-də başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".​ ​ Bu gün bizim üçrəgli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.Nazim Qədirov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib36 dəfə
    "Bayrağımız mübarizə əzmimiz zəfər sorağımız istiqlaliyyət salnaməmizdir"

    Maraqlı gələ bilər
    0
    43